İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro, COP29 çərçivəsində “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli paneldə çıxış edərək, iqlim dəyişikliyinin bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu vurğulayıb.
Fins.az xəbər verir ki, o, bəzi bölgələrin bu dəyişikliyə qarşı daha həssas olduğunu və bunun sosial qeyri-sabitliyi gücləndirərək münaqişələrə səbəb ola biləcəyini bildirib. İtaliya, Azərbaycan, Misir, Almaniya, BƏƏ və Böyük Britaniya ilə birgə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olduğunu qeyd edib.
Zemfira Ms
Fins.az