Finss.az - 2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1871 kirayə müqaviləsi imzalanıb, bu isə 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9% artım nümayiş etdirir.
Ümumilikdə, mexanizm vasitəsilə 6257 ailə yaşayış şəraitini yaxşılaşdırıb, onların 60%-dən çoxunu gənc ailələr təşkil edir.
Fond indiyədək 14 ünvanda mənzillər təqdim edib, bunlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, qalan 2-si isə Sumqayıt şəhərində yerləşir.