İndiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb.
“Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 təşkil edir. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 nəfər qeydiyyatdan keçib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.