Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda jurnalistlər üçün seminar keçirilir.
Fins.az xəbər verir ki, seminar COP29 Əməliyyat Şirkəti, Coca-Cola Azərbaycan və PwC Azərbaycan tərəfindən təşkil edilib.
Seminarda COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktor Nərmin Carçalova, həmçinin Coca-Cola şrkətinin Avrasiya və Yaxın Şərq üzrə İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktor Elşad Fərzəliyev çıxış edəcəklər.
Seminarda müzakirə olunacaq mövzular arasında “Biznes mühitində paradiqm dəyişikliyini anlamaq”, “Azərbaycanda ESG-nin hüquqi çərçivəsi bu gün”, “ESG hesabatlarını necə oxumaq, anlamaq və təhlil etmək”, eləcə də “Sənaye sektorundan ESG hesabatın təhlili” var.
* * *
Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
Fins.az xəbər verir ki, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, rayonun 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.