Azərbaycanda 2025-2027-ci illərdə coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılması planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Strategiyaya əsasən, ilkin mərhələdə mövcud xəritələr elektronlaşdırılacaq və su təsərrüfatı obyektləri barədə məlumatlar CİS-ə inteqrasiya ediləcək. Yekun mərhələdə geniş məlumat bazası əsasında interfeys və elektron su atlası hazırlanacaq.
Su ehtiyatlarının idarə edilməsi üzrə tədbirlər çərçivəsində yeraltı və yerüstü su ehtiyatlarının dəqiq qiymətləndirilməsi və monitorinqi məqsədilə hidroloji, geofiziki tədqiqatlar aparılacaq.
Qeyd edək ki, Azərbaycanda 140-dan çox su anbarı var və su infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir çox layihələr icra olunur.
Zemfira Ms
Fins.az