SOSİUM

01 Oktyabr

COP29: Azərbaycanın qlobal iqlim rolu

Noyabr ayında Azərbaycan, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə əsas tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu mötəbər tədbir qlobal iqlim öhdəliklərinin yenidən qiymətləndirilməsi, iqlim maliyyəsi və texnologiya transferi kimi mühüm mövzuların müzakirəsinə imkan yaradacaq.

Fins.az xəbər verir ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və ekoloji diplomatiyada vacib rol oynadığını göstərir. Xüsusilə bərpa olunan enerji layihələri sahəsindəki irəliləyişlər və yaşıl iqtisadiyyata keçid istiqamətindəki addımlar diqqət mərkəzində olacaq.

Bu tədbir həmçinin geniş ictimaiyyətin iqlim fəaliyyətinə cəlb olunmasının vacibliyini vurğulayaraq, qlobal səylərin gücləndirilməsinə mühüm töhfə verəcək.