SOSİUM

17 Sentyabr

Bakıda tıxaclar kəskin artıb: Yeni dərs ili sıxlıq yaradır

Yeni dərs ilinin başlaması ilə Bakı şəhərində yollar yenidən iflic olub. Səhər və axşam saatlarında müşahidə olunan tıxaclar pik saatlarda daha da pisləşir. Bu vəziyyətin yalnız dərs ilinin ilk gününə aid olub-olmaması barədə mübahisələr mövcuddur.

Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a verdiyi açıqlamada, tıxacların yalnız bugünkü vəziyyəti deyil, gələcəkdə də davam edə biləcəyini vurğulayıb. O, şəhərin müxtəlif ərazilərindəki tıxacların yalnız dərs ilinin başlanğıcı ilə bağlı olmadığını bildirib və müvafiq texniki dəstək və alternativ yolların yaradılmasının vacibliyini qeyd edib.

Fins.az xəbər verir ki, ekspert, aidiyyəti qurumların məsələnin həlli üçün çalışdığını, lakin problemin davam etməsi riskinin olduğunu əlavə edib. Sıxlıq və tıxacların hər il eyni dövrdə təkrarlanan bir problem olduğunu da xatırlatıb.