Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Fins.az xəbər verir ki, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissəinin uzunluğu 3360 metr, ortalama eni isə 19 metr təşkil edir.
Təmir çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Qeyd edək ki, Azadlıq prospektinin sözügedən hissəsinin asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Zemfira Ms
Fins.az