Hazırda Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə mindən çox dövlət qurumu qoşulub.
Fins.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" tədbirində bildirib.
S.Məmmədovun sözlərinə görə, ay ərzində 500 mindən çox sənəd rəqəmsal emaldan keçir:
“Bu, hər il 2 min ağaca bərabərdir. Beləliklə, biz ekoloji vəziyyətə əhəmiyyətli dərəcədə töhfə veririk. Rəqəmsal sənəd dövriyyəsi çox vacibdir, çünki o, sənədlərin təhlükəsizliyini təmin edir və eyni zamanda kağız istifadəsini azaldır.”
Fuad Mədətov
Fins.az