SOSİUM

17 İyul

Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib

Şamaxı rayonunda toyda 21 nəfər qidadan zəhərlənib.

Fins.az-ın Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toyda qeydə alınıb.

Toyda qidadan zəhərlənən qonaqlar təcili tibbi yardım avtomobilləri və şəxsi avtomobillərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb.

Xəstəxanadan verilən məlumata əsasən, zəhərlənənlərin vəziyyəti qənaətbəxş hesab olunur və onların bir hissəsi artıq evə buraxılıb.

Qeyd edək ki, qidadan zəhərlənən 21 nəfərdən 10-u qadın, 7-si uşaqdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Kaira Agayeva 

Fins.az