SOSİUM

03 May

Azərbaycanda əmək haqqı fondu 2.8 dəfə artıb - Sahil Babayev

Təsadüfi deyil ki, son 5 ildə inqilabi sosial islahatlar həyata keçirilib.

Fins.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.

Onun sözlərinə görə, 4 sosial islahat paketi çərçivəsində Azərbaycanda 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib:

"Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2.8 dəfə artıb, minimum əmək haqqı 2.7 dəfə artıb, orta əməkhaqqı 75 faiz artıb”.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.