Azərbaycan telekanallarının “Youtube” baxışları üzrə 2024-cü il fevral ayı üçün reytinq cədvəli açıqlanıb.
Fins.az xəbər verir ki, reytinq cədvəlinə 39.731.488 baxışla Baku TV başçılıq edir.
İkinci yerdə ATV-dir və telekanalın “Youtube” baxışları 28.566.278 təşkil edir.
Üçüncü yerdə isə ARB qərarlaşıb və telekanalın baxış sayı 27.739.829 olub.
Dördüncü yerdə olan CBC TV-nin “Youtube” kanalı 25.804.218 baxış toplayıb.
Daha sonra ən çox baxış toplayan kanallar belədir: İctimai TV, Xəzər TV, AzTV, APA TV, ARB 24, CBC Sport, Space TV, REAL TV, Kanal S və sonuncu yerdə MTV yer alıb.
Reytinq cədvəlinini təqdim edirik: