SOSİUM

26 Fevral

Bu il ailə başçısını itirməyə görə 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib

2024-cü ilin yanvar ayında ailə başçısını itirməyə görə 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə Fins.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onlardan 134 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.

Xatırladaq ki, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Yeni dəyişikliklərlə:

• Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək.