İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
Fins.az xəbər verir ki, sessiya “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransının sədri və bürosunun tərkibi seçilib.
Fuad Mədətov
Fins.az