Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
Fins.az xəbər verir ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Bu il müstəqilliyimizi bərpa etməyimizin 32 ili tamam olur. Bu əlamətdar günlərdə- torpağımızın müstəqilliyini tamamilə bərpa etmişkən bizlər daha sevincli, daha qürurluyuq. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günümüz Mübarək!
Günel Məlikzadə
Fins.az