SOSİUM

10 Oktyabr

Şahin Seyidzadə: Abidələrin qorunmasında yeni metodlar tətbiq edilməlidir

Azərbaycanda abidələrin, mədəni irsin qorunması istiqamətində yeni metodlar tətbiq edilməlidir.

Fins.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Bakıda işə başlamış "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfransda bildirib.

"Bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırıq. İçərişəhərdəki abidələr orijinallığı saxlanılaraq qorunur. Tarixi şəhər mühitinin qorunması 2007-ci ildən bu günə qədər qəbul edilən Baş Plana uyğun aparılır. Əsas hədəflərdən biri restavrasiya zamanı tərəfdaşlarla birgə gənc bərpaçıları cəlb etmək, biliklərini artırmaqdır. Həmçinin incəsənət sahəsini önə çəkərək gənclərin əl işləri bacarıqlarını inkişaf etdirmək də hədəflərimizdəndir. Bu istiqamətdə türk dövlətlərini əməkdaşlığa dəvət edirik", - deyə o qeyd edib.

© report