Bu il Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sentyabrın 28-də "Azad rəqabət mühitinin formalaşdırılmasında istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkəmizdə sahibkarlığın inkişafına növbəti stimul və impuls verəcək, eyni zamanda, bütün rəqabət proseslərinin daha şəffaf tətbiq edilməsinə töhfə olacaq.