Avqustun 29-da Bakı Fond Birjasının təşkilatçılığı ilə Kapital Bazarı iştirakçılarına eləcədə potensial investorlara Repo bazarının imkanları mövzusunda vebinar keçiriləcəkdir.
Fins.az xəbər verir ki, vebinarda REPO əməliyyatlarının xüsusiyyətləri, onların faydaları, riskləri və investorlar üçün imkanları barədə ətraflı məlumat veriləcək.
Tədbirin əsas məqsədi investorların - fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə-iqtisadi ixtisaslar üzrə ali məktəblərin tələbələrinin maliyyə savadlılığının artırılmasıdır.
Vebinarda iştirak etmək üçün Zoom link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
//us06web.zoom.us/meeting/register/tZIlcOusrjouHN3vrXHEDyg0LfYuo5ZeG2pQ