İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 21 iyul 2023-cü il tarixində Masallı şəhərində (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Fins.az xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.
Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər