SOSİUM

19 May

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Gəncədə vətəndaşları qəbul edib - FOTO

Vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciətlərinə baxılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Gəncədə bu şəhərdən olan vətəndaşları qəbul edib.  

Qəbula gələnlər mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, işə qəbul və s. məsələlər barədə müraciət ediblər. Qəbulda bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və əsaslandırılmış izahatlar verilib.