SOSİUM

07 Mart

\'\'Qadın hüquqları müdafiəsi istiqamətində ən mühim məsələlərdən biri onların iqtisadi imkanlarına nail olmaqdır\'\'

''Qadın hüquqları müdafiəsi istiqamətində ən vacib məsələlərdən biri onların iqtisadi imkanlarını və təşəbbüskarlığını artırmaqla və iqtisadi asılılığının azaldılmasına nail olmaqdır''.

Bunu Bakı Fond Birjasındada keçirilən “Açılış Zəngi” mərasimində Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və prokotol xidmətinin konsultantı Zahidə İsrafilova deyib. 

O, qeyd edib ki, bu isə öz növbəsində qadınların əmək bazarında kişilərlə bərabər iştirakı, idaretmə, biznes və hakimiyyət sutrukturlarında daha geniş təmsil olunması ilə nəticələnir:

''Bu istiqamətdə 2011-ci ildən başlayaraq Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birlikdə  ''Kənd yerlərində qadınların iqtisadi və sosial iştirakının təşviqi '' yardım layihəsini həyata keçirir. Ümumilikdə layihə çərçivəsində 17 qadın resurs mərkəzi açılıb. Bu mərkəzlər qadınlara və qızlara biznes və İKT bacarıqları öyrədir ki,bu da onları geniş məşğulluq imkanlarından yararlanmağa və sahibkarlıq fəaliyyətinə başlamağa imkanlar yaradır''.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. 

Əlavə olaraq bildirmək istərdik ki, fevral ayında Bakı Fond Birjası BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqla “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” - WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur və BMT Qadın Agentliyi və BMT Qlobal Sazişinin irəli sürdüyü bu təşəbbüsə Azərbaycanda qoşulmuş 21 şirkətdən biridir.

Fuad Mədətov
Fins.Az