SOSİUM

21 Fevral

\"Böyükşor\" və \"Zığ\" gölləri ilə bağlı tədbirlər həyata keçirilir

"Məqsədimiz göllərin reabilitasiya ilə bağlı məsələlərin ardıcıllığını müəyyənləşdirmək və sonda təqdim olunan layihələrin ekoloji və iqtisadi baxımdan səmərəliliyinə nail olmaqdır".

Fins.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib:

Onun sözlərinə görə, bu gün Abşeron yarımadasında əsas 9 gölün vəziyyəti, çirklənmə səbəbləri barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, o cümlədən bu sahə üzrə elm adamları, QHT nümayəndələrini cəlb ediblər:

"Gündəmdə olan məsələ göllərin qurudulması yox, sağlamlaşdırılmasıdır. İlk növbədə, göllərə axıdılan çirkab suların qarşısı alınmalıdır. Bu zaman gölün təbii su mənbəyini müəyyənləşdirmək mümkündür. Artıq "Böyükşor" və "Zığ" gölləri istiqamətində müəyyən tədbirlər həyata keçirilməkdədir", - deyə o qeyd edib.