Dərman preparatlarının bəzilərinin qiyməti xeyli artıb, bir qismi isə uzun illərdir dəyişməz qalır. Alıcılar isə qiymətlərdən narazıdırlar.
Fins.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dərman vasitələrinin bir çoxunun qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də, ötən dövr ərzində qiymətlərin yüksək olması ilə bağlı şikayətlər bitmir.
Paytaxt sakinlərinin sözlərinə görə, bəzən dərmanlar o qədər baha olur ki, onu almaqdan imtina edirlər.
Tibb üzrə ekspert Rasif Bağırov deyir ki, ölkəmizdə satılan dərman vasitələrinin baha olmasının bir neçə səbəbi var. Bu məsələdə əsas amillərdən biri isə qiymətləndirmənin düzgün aparılmamasıdır.
Ekspertin sözlərinə görə, bəzi hallarda həkimlər bahalı və ya tapılmayan dərmanların əvəzinə qida əlavələri yazırlar. Bu həm səhvdir, həm də xəstəliyin dərinləşməsinə səbəb ola bilər.
Bioaktiv əlavələrin bahalaşmasına gəlincə, Rasif Bağırov bildirib ki, son illərdə belə əlavələrin geniş yayılması şirkətlər arasında rəqabəti artırıb. Bu da həm marketinq xərclərini, həm də həmin məhsulların maya dəyərini çoxaldıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: