SOSİUM

24 Yanvar

Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 3 mini ötüb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu günə qədər 42 346 borcalana 2 milyard 423,079 milyon manat kredit verib.

Fins.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında qeyd edilib.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 013 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.