SOSİUM

21 Yanvar

Ötən il hər bir ölkə sakini orta hesabla 919,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci illə müqayisədə real ifadədə 8 faiz artaraq 9253,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 7019,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib. 2022-ci ildə hər bir ölkə sakini orta hesabla 919,1 manatlıq və ya əvvəlki illə müqayisədə nominal ifadədə 144,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.