SOSİUM

09 Dekabr

Naqif Həmzəyev: Azərbaycanda smartfonların qiyməti Avropadan, ABŞ-dan çox bahadır

“Azərbaycanda smartfonların qiyməti Avropadan, ABŞ-dan çox bahadır”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu qiymətin üzərinə də İMEİ kodlarının qeydiyyatdan keçməsi üçün 150 manat gəlir: “Bu qiymətləri aşağı etməliyik. Xarici dövlətlərdə mobil operatorlar smartfonları vətəndaşlara hədiyyə edirlər. Onlar xidmətlərindən istifadə edilməsi üçün bunu edirlər. Qiymətləri aşağı salmaq, insanları da düşünmək lazımdır. Bu gün qanun pozuntularının qarşısını almaq üçün biz dəyişiklik edirik, amma yeni, müasir smartfonların qiymətlərinin aşağı salınmasına da baxmalıyıq”.