SOSİUM

09 Dekabr

Yaşayış minimumu və ehtiyac meyarı 246 manat olacaq

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.