"YAŞAT" Fondu son 2 ildə şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün 41 milyon 42 min 300 manat xərcləyib.
Bunu bu gün "YAŞAT"Fondunun yaranmasının 2 illiyi ilə bağlı keçirilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, hesabat dövründə 5448 şəhid ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb.
Həmçinin itkin hərbçilərin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib.