SOSİUM

25 Noyabr

SMA xəstəliyindən əziyyət çəkən uşaqlara büdcədən vəsait ayrılsın - Təklif

SMA xəstələrinə diqqətin arıtırlması vacibdir.

Fins.az-ın məlumatına görə, bunu bunu deputat Elşad Mirbəşiroğlu Milli Məclisin bu gün keçkrilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu xəstəlikdən əziyyət çəkən uşaqların valideynləri çox ciddi problemlərlə üzləşirlər. “SMA xəstəliyindən əziyyət çəkən uşaqlara diqqət gücləndirilməlidir. Qeyd edim ki, bir SMA xəstəsinə bir inyeksiya vurmaq üçün təqribən 2 milyon dollar vəsait lazımdır. Hesab edirəm ki, Azərbaycanda olan 28 SMA xəstəliyindən əziyyət çəkən uşağa bu vəsaiti ayırmaq olar”, - deyə deputat əlavə edib.