SOSİUM

08 Sentyabr

Yanvar-avqust aylarında sosial təminat növləri üzrə əhaliyə ödənilən məbləğ açıqlanıb

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 362 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 milyon manat çoxdur.