SOSİUM

07 Sentyabr

Yağış ən çox hansı rayonlara yağıb - FAKTİKİ HAVA

Sentyabrın 7-nə olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bir sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51.0 mm (aylıq normanın 86%-i), Şəkidə 47.0 mm (aylıq normanın 32 %-i), Qaxda 42.0 mm (aylıq normanın 50%-i), Oğuzda 38.0 mm (aylıq normanın 28%-i), Astarada 35.0 mm (aylıq normanın 70%-i), Zaqatalada 33.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 32.0 mm (aylıq normanın 25%-i), Balakəndə 31.0 mm (aylıq normanın 26%-i), Yardımlıda 19.0 mm, Lerikdə 12.0 mm, Şəmkirdə 11.0 mm, Qusarda 10.0 mm, Ləzədə 9.0 mm, Şahdağda 8.0 mm, Şabran, Qubada 7.0 mm, Xaltan, Qrız, İsmayıllıda 6.0 mm, Altıağacda 5.0 mm, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3.0 mm, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2.0 mm, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 9.0 mm, Bakıda 4.0 mm, Neft Daşları, Binədə 2.0 mm, Çilov adası, Pirallahıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Neftçala, Culfada 20 m/s, Hacıqabulda 18 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Çilov adasında 19 m/s, Pirallahı, Sumqayıtda 18 m/s, Neft Daşları, Binədə 16 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək.