SOSİUM

07 Sentyabr

Azərbaycanda atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Azərbaycan üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova  bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib.

Qeyd edək ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə etmək olar.