SOSİUM

26 Avqust

Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə

Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və Yaşıl Yürüşün 47-ci il dönümünü qeyd etmək üçün Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi, Nərgiz Art Studio və Holcim Azərbaycan ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycanda yaşayan 6- 18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsini elan etməkdən məmnunluq duyur. Tədbir “Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə” adlanır.

Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqlər yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır. İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi Mərakeş elementlərini ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməli olacaqlar.

Qaliblər iki məşhur Mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou və iki hörmətli azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər heyəti tərəfindən seçiləcək. Rəsm müsabiqəsinin təfərrüatları, o cümlədən qaydalar, mükafatlar, münsiflər heyəti, həmçinin gənc rəssamları ruhlandırmaq üçün faydalı məlumatlar xüsusi yaradılmış internet saytında mövcuddur (aşağıdakı QR kodu skan edin və ya aşağıdakı ünvana daxil olun): //www.marakeshresm.art/