SOSİUM

01 İyul

Nazir: \"Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb\"

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, xəstəliyin hazırki vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi mümkündür.

“Bildiyiniz kimi, meymunçiçəyinin özünə məxsus simptomları, öz gedişatı var. Təbii ki, onun aşkarlanması üçün əsas vasitə diaqnostika və laborator müayinələrdir. Azərbaycanda belə şübhəli hallar yoxdur deyə, ona ehtiyac duyulmayıb. Amma ölkəyə gətirilən testlər infeksiya nəzarət mərkəzinə təhvil veriləcək və həmin laboratoriyada yoxlamalar keçiriləcək”, - nazir qeyd edib.