SOSİUM

28 Aprel

Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək

“Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Komissiyanın işi yekunlaşmaq üzrədir”.

Bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq:

“Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişiklikər olacaq".

© Report