SOSİUM

20 Sentyabr

Bakı metrosunda xəttə buraxılmış sınaq qatarında nasazlıq yaranıb

Bakı metropolitenində xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib.

Bakı metropoliteni QSC-dən  verilən məlumata görə, köməkçi qatardan sərnişinlər düşürülüb.

Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.

Xəttə ehtiyat qatar buraxılıb.