Delta ştamını şişirtməyin əhəmiyyəti yoxdur.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, bu yoluxan şəxslərdə Delta ştamının olub-olmamasını təyin etmək üçün lazım olan testlər digər testlərdən fərqlidir:
“Müşahidə etdiyimiz bu Delta ştamı yeni dalğa olacaqsa, onu heç “Iəpə” də adlandırmaq olmaz. Çünki elə bir xüsusi əhəmiyyət daşımayan xəstəlik kimi özünü aparmağa başladı. Deltanın yayılması pandemiya ilə bağlı hər bir şeyin bilindiyi və vaksinin icad olunduğu dövrü əhatə etdi. Nəticə etibarı ilə artıq bu ştam hər hansı ölkəyə daxil olasa da, ölkə rəhbərliyi və səhiyyəsi ona tam hazırdır. Bu ştamın şişirdilməsinin hələ ki, əhəmiyyətini görmürəm. Əgər son 20 gündə mənə müraciət edən xəstələrdə Delta ştamı idisə, onların sağalması demək olar ki, müalicəsiz keçib”,- o bildirib.