Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,9 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 4 dəfə çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Təkcə iyun ayında ölkədə 1,5 mln. ədəd maska istehsal olunub ki, bu da may ayı ilə müqayisədə 42,3% azdır.
Qeyd edək ki, iyulun 1-nə ölkədə hazır maska ehtiyatı 2,5 mln. ədəd təşkil edib.