SOSİUM

15 İyul

Delta ştammı daha çox insanı yoluxdura bilər - Hande Harmancı

"Delta" ştammının Azərbaycanda aşkarlanacağı məlum idi. Bu ştamm daha çox insanı yoluxdura bilər.

Fins.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, "Delta" ştammı daha yoluxucudur: "Bu ştamm ilə də mübarizə üsulları eynidir. İlk olaraq peyvənd vurdurmaq, və gigiyenik qaydalara əməl etmək lazımdır".

Qeyd edək ki, Azərbaycanda 31 nəfərdə "Delta" ştammı aşkarlanıb.