2021-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 85,9 faiz azalıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 16 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 6 171 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2020-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 33,5 faiz çoxdur.
© Trend