SOSİUM

14 İyul

Sabaha olan HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti    

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 15-də  Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki,

bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında:  bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25  isti, gündüz 31-36 isti, dağlarda gecə

10-15 isti,  gündüz  20-25 dərəcə isti olacaq.