Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, onlardan 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslardır.
Avtobuslar Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq.
Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.
© Oxu