SOSİUM

05 İyul

Ötən ay bir ailəyə ödənilən ÜDSY-in məbləği artıb

2021-ci ilin iyun ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın məbləği artaraq 225,4 manatdan 256,4 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artım deməkdir.