Koronavirusa yoluxma artarsa, yenidən karantin qaydalarını tətbiq etmək olar.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib.
“Karantin tədbirləri epidemioloji vəziyyətdən asılı olaraq irəli gələn tədbirlər olmalıdır. Əgər yoluxma artırsa, kritik vəziyyət yaranırsa, yenə də koronavirus əleyhinə nəzərdə tutulmuş karantin qaydalarını tətbiq etmək olar. Lakin ən azı yüngülləşmiş şəraitindən istifadə edib müəyyən işləri həyata keçirtmək, o cümlədən də toy mərasimlərini reallaşdırmaq yaxşı olardı”,- deyə o bildirib.