“Azərbyacanda hipertoniya xəstəliyindən hər il 24 min insan dünyasını dəyişir. Halbuki düzgün müalicə üsulu ilə onları yaşatmaq mümkün ola bilərdi”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
ÜST rəsmisinin sözlərinə görə, ölənlərin əksəriyyəti də gənc yaşlarında olanlardır: “Sırf hipertoniya xəstəliyi hər il Azərbaycan iqtisadiyyatına 600 milyon manat itkiyə səbəb olur. Tək Şamaxıda 19 min hipertoniya xəstəsi var. Burada xəstə olduğunu bilən və müalicə alan cəmi 2400 şəxs var. Digərləri yüksək risk altındadırlar. Çünki hipertoniya xroniki və öldürücü xəstəlikdir”.