Əvvəldən ödənişli sayğaclar üzrə gələn həftədən etibarən, mexaniki sayğaclar üzrə isə 10 iyul tarixinə qədər sayğacları oxuduqca prosesə başlanılacaq.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, mexaniki sayğaclar üzrə hələ ki, oxunuş həyata keçiriləcək:
“Mexaniki sayğaclar üzrə ayın 10-na qədər əvvəlki tariflərdən istifadə edəcəksiniz. Əvvəldən ödənişli sayğaclarda isə proqram təminatı üzrə ayın 10-a kimi dəyişiklik olacaq. Növbəti aydan etibarən isə artıq iyul ayında işlədilən qaz həcmi yeni tarifdə ödəniləcək”.
Qurumun sədri əlavə edib ki, proseslə əlaqədar yaranacaq suallarla bağlı quruma müraciət edilə bilər.