SOSİUM

01 İyul

Pfizer vaksininin 80 və daha yuxarı yaş qruplarında effektivliyi araşdırılıb

“Pfizer-BioNTech” vaksininin 80 və daha yuxarı yaş qruplarında effektivliyi araşdırılıb.

Fins.az-ın xəbərinə görə, tədqiqatın nəticələri barədə “Nature” elmi jurnalında məqalə dərc olunub.

Araşdırma zamanı məlum olub ki, “Pfizer” şirkətinin vaksininin ilk dozasının effektivliyi bu yaş qrupunda kəskin şəkildə azalır. Müşahidələr göstərib ki, yeni növ koronavirus (COVİD-19) yalnız “Pfizer” şirkətinin vaksininin bir dozasını vurdurmuş 80 və daha yuxarı yaş qruplarındakı insanlar üçün çox təhlükəlidir. İlk doza sonra bu insanları heç minimum səviyyədə də virusdan qorumur. Yalnız vaksinin ikinci dozasından sonra COVID-19-dan tam müdafiə təmin olunur.