SOSİUM

30 İyun

Tibb işçilərinin əməkhaqları yeni qaydalarla hesablanacaq - RƏSMİ

“Tibb işçilərinin əməkhaqlarının hesablanması qaydalarının dəyişdirilməsi üzərində operativ iş aparılır. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.

O bildirib ki, bu qaydalar bütün səhiyyə sahəsinə şamil ediləcək:

“Qeyd edim ki, qaydalar təsdiq edildikdən sonra vətəndaşlara ətraflı məlumat veriləcək”.

K.Ələkbərovun sözlərinə görə, KTM-də çalışan tibb işçilərinə əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək:

“Bu əlavələr aprelin 1-dən başlanaraq hesablanacaq və bütün tibb, eləcə də qeyri-tibb sektorunu əhatə edəcək”.