Pandemiya dövründə atılan addımların atılması, yəni maskadan istifadə, məsafənin saxlanılması, kütləvi tədbirlərdə ciddi işlərin görülməsi lazımdır ki, indiki dövrdə Delta variantının yayılmasının qarşısı alınsın.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Elvin Hüseynov deyib.
“Nəzərə almaq lazım ki, peyvəndlənənlərin sayı da də get-gedə artır. Əhalinin peyvəndlənməsi nə qədər çox aparılsa, gümank ki, payızda IV dalğandan yan keçə bilərik. Lakin təhlükə yenə də mövcuddur”,- o bildirib.
“Peyvənd olunan şəxslərin qanında 8 aydan sonra anticismlər aşağı düşməyə başlayır deyə peyvəndləşmə strategiyasının da II dövrünə qədəm qoyuruq. İlkin olaraq yanvar, fevral ayında peyvəndlənmiş insanlar çox güman ki, ilin axırı və ya növbəti ilin əvvəli yenidən peyvənd dozaları almalıdırlar”.