SOSİUM

29 İyun

ÜST-ün sədri yeni pandemiyaya hazır olmağa çağırıb

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.“Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik”, - deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib.

O qeyd edib ki, “yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək” lazımdır.